Yuventus 4 qolla geridönüş etdi

02.02.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İtaliya A Seriyasında 23-cü turun növbəti oyunu keçirilib.

Modern.az xəbər verir ki, “Yuventus” doğma meydanda "Empoli"ni qəbul edib. Görüş ev sahibinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı qonaqlar açsa da, Turin klubu 4 qol vuraraq qələbəyə sevinib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Yuventus" 4-cü pilləyə yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью