“Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub

10.03.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yuventus" İtaliya çempionatının 28-ci turunda evdə "Atalanta"ya darmadağınla məğlub olub (0:4).

Apasport.az xəbər verir ki, "Yuventus" A Seriyasında 58 ildən sonra ilk dəfə evdə 4 və ya daha çox top fərqi ilə uduzub.

"Qoca sinyora" sonuncu dəfə 1967-ci ilin oktyabrında "Torino"ya 0:4 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Tiaqo Mottanın komandası 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Atalanta” isə 58 xalla üçüncüdür.
 

"Trabzonspor"da istefa səsləri “Bayer”in ulduzu zədələndi: ”Bavariya” ilə matçı buraxa bilər “Barselona”da ciddi itki: matç təxirə salındı Rüdiger yenə sıradan çıxdı "Mançester Siti"nin Kamavinqa arzusu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью