Yuventus 58 ilin ən ağır ev məğlubiyyəti ilə üzləşib

10.03.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yuventus" A seriyasının XXVIII turunda "Atalanta" ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Turin təmsilçisi öz meydanında 0:4 hesabı ilə məğlub olub.

Bu, "ağ-qaralar"ın son 58 ildə A seriyasındakı ən ağır ev məğlubiyyətidir. "Yuventus" sonuncu dəfə 1967-ci ildə öz meydanında dörd top fərqi ilə uduzub. Həmin vaxt "Torino" Turin derbisində "Qoca sinyora"nın qapısına dörd cavabsız qol vurub.

Qeyd edək ki, "Yuventus"un A seriyasındakı son ən ağır məğlubiyyəti 2023-cü il yanvarın 13-nə təsadüf edib. "Napoli"nin qonağı olan Turin klubu 5:1 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью