Yuventus 8 matçlıq qələbəsiz seriyaya son qoydu VİDEO

30.10.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yuventus” qələbəsiz seriyasına son qoyub. Bu həftənin əvvəlində İqor Tudorun istefasını elan edən Turin klubu bu gün Seriya A-nın 9-cu turunda “Udineze”ni 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, əvvəlki səkkiz oyunda Turin klubu 3 dəfə ardıcıl məğlub olmuş və beş dəfə ardıcıl heç-heçə etmişdi. Sonuncu qələbə 13 sentyabrda qeydə alınmışdı.

Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 15 xalla 7-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası

IX tur

"Yuventus" - "Udineze" 3:1

Qollar: D.Vlahoviç, 5(pen), F.Qatti, 67, K.Yıldız,90+6(pen) - N.Zaniolo, 45+1

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью