“Yuventus” ABŞ millisinin üzvü ilə razılığa gəldi

24.02.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yuventus" mövsümün sonunda müqaviləsi başa çatan Ueston Makkenni ilə razılığa gələ bilir.
Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi amerikalı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalayacaq. Bu barədə insayder Fabritsio Romano məllumat yayıb.
Makkenni ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilənin şərtləri razılaşdırılıb. 27 yaşlı futbolçunun illik maaşı 4 milyon avro olacaq.
Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью