“Yuventus” alman hücumçu ilə maraqlanır

31.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Yuventus” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Nyukasl”ın forvardı Nik Voltemadı transfer etmək niyyətindədir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Alman futbolçu İtaliyada oynamağa müsbət yanaşır.

Voltemad 2025-ci ildən “Nyukasl”da çıxış edir. O, “sağsağanlar”la 34 oyunda 8 qola imza atıb.

Forvard Almaniya millisinin də üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью