Yuventus almaniyalı qapıçını transfer etmək istəyir

23.07.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Frayburq"un qapıçısı Noa Atubolu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" almaniyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Atubolu klubun gələn ilin yayında başa çatan müqaviləni yeniləmək təklifini qəbul etməyib. Bu da 24 yaşlı "əlcək sahibi"nin Turin nəhənginə keçmək ehtimalını artırır.

Qeyd edək ki, Noa Atubolu "Frayburq"un yetirməsidir. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda qapısında 70 qol görüb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью