Yuventus Arkadiuş Miliklə yeni müqavilə imzalayıb

30.04.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın "Yuventus" klubu Arkadiuş Miliklə yeni müqavilə imzalayıb.

31 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.

Polşalı hücumçu ötən ilin iyununda millinin heyətində dizindən aldığı zədə səbəbindən 2024/2025 mövsümündə bir matça belə çıxmayıb. İki əməliyyat keçirən futbolçu martda əzələ problemləri ilə də üzləşib.

Qeyd edək ki, A.Milik "Yuventus"a 2022-ci ilin yayında "Marsel"dən icarə əsasında keçib və bir il sonra 7,3 milyon avroya tam transfer olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью