“Yuventus” “Arsenal”a “yox” dedi

09.06.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yuventus” futbolçusu Kenan Yıldızla bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi türkiyəli yarımmüdafiəçini daha bir mövsüm komandada saxlayacaq. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Arsenal” yarımmüdafiəçi üçün “qoca sinyora”ya təklif göndərib və rədd cavabı alıb.

Yıldız başa çatan mövsümdə A Seriyasında 36 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью