“Yuventus” “Atalanta”nın qapıçısını transfer etmək istəyir

20.09.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Yuventus” növbəti yay transfer dönəmi üçün “Atalanta”nın qapıçısı Marko Karneseçkini transfer etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Turin klubu 26 yaşlı qolkiperlə uzun müddətdir maraqlanır.

Məlumata görə, ötən yay “Atalanta” Karneseçki üçün 50 milyon avro tələb edib. Lakin bu məbləğ qarşılığında transfer baş tutmayıb.

Karneseçkinin “Atalanta” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Tərəflər yeni sözləşmə ilə bağlı hələ razılığa gəlməyiblər.

Qeyd edək ki, “İnter” və İngiltərə Premyer Liqası klublarının da 26 yaşlı qapıçı ilə maraqlandığı bildirilir.

“Karyeramı “Barselona”da başa vurmaq istəyirəm” “Çelsi” Londonda darmadağın oldu - VİDEO "Fənərbaxça"da ciddi itki - MƏŞQDƏ ZƏDƏLƏNDİ Sabiq “Qalatasaray”lı saxlanılıb - NARKOTİKƏ GÖRƏ “Qalatasaray” Osimhen üçün Nigeriyaya müraciət etdi – Rədd cavabı aldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью