Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
“Yuventus” “Atletiko”nun müdafiəçisi Nauel Molinanı transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 27 yaşlı argentinalının transferi ilə bağlı artıq Madrid klubu ilə danışıqlar aparır. “Atletiko” futbolçu üçün 25-30 milyon avro istəyir.
2024/25 mövsümündə müdafiəçi “Atletiko”nun heyətində bütün turnirlərdə 44 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Molinanın Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır.
=