Yuventus Barselonanın tələbi ilə razılaşdı: Bu qədər ödəyəcəklər

15.01.2025

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yuventus" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etməyə yaxındır.

Publika.az xəbər verir ki, "qoca sinyora" qarşı tərəfdən tələb olunan 50 milyon avronu ödəmək niyyətindədir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"Byankonerilər" üçün ikinci variantın "Benfika"nın müdafiəçisi Antonio Silva olduğu qeyd edilir. Lakin futbolçunun agenti Jorje Mendeş artıq İtaliya komandasına Portuqaliya klubunun rədd cavabı verdiyini bildirib.

Uruqvaylı müdafiəçinin "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm zədədən əziyyət çəkən Arauxo sadəcə İspaniya Kubokunun bir oyununda iştirak edib və həmin matçda məhsuldar ötürmə etməyi bacarıb.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью