Yuventus Bavariya nın yarımmüdafiəçisi ilə danışıqlara başlayıb

04.07.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Yuventus" yarımmüdafiəçi Leon Qoretzkanı transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio sosial şəbəkə hesabında paylaşım edib. sözlərinə görə,

Turin klubu 31 yaşlı almanla danışıqlar aparır. Tərəflər müqavilənin maliyyə şərtlərini müzakirə edirlər. Yarımmüdafiəçi hazırda azad agentdir.

Qeyd edək ki, Qoretzkanın son klubu "Bavariya" olub. Yarımmüdafiəçi Münhen klubunda 312 oyun keçirib, 51 qol vurub və 53 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью