“Yuventus” Braziliya millisinin üzvü ilə maraqlanır

13.05.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az "The Mirror"a istinadən xəbər verir ki, "Betis"də effektiv performansı ilə bir çox klubların diqqətini çəkən braziliyalını "Yuventus" istəyir.

"Qoca sinyora"nın rəhbərliyi artıq Antoni üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərib.

İngilislər onun üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Betis"də 22 matça çıxıb, 8 qol vurub və 5 asist edib. Onun "Mançester Yunayted"lə müqavilə müddəti 2027-ci ilə qədərdir.

“Yuventus”dan adı “Fənərbaxça” ilə hallanan futbolçu ilə bağlı açıqlama “Mançester Siti” yeni formasını təqdim edib Günün oyunları bu kanallarda "Fənərbaxça" Osimhen üçün "Napoli"yə təklif göndərib "Yuventus" "Çelsi" ilə danışıqlara başlayıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью