“Yuventus” braziliyalı futbolçu ilə vidalaşdı

27.01.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

İtaliyanın “Yuventus” komandasında ayrılıq reallaşıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi Danilo ilə yollarını ayırıb. 33 yaşlı braziliyalı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Futbolçu bu mövsüm “qoca sinyora”nın heyətində 4 oyunda meydana çıxıb.

Qeyd edək ki, Danilo 2019-cu ildə İngiltərənin “Mançester Siti” komandasından “Yuventus”a keçmişdi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью