Yuventus braziliyalı hücumçu üçün hərəkətə keçdi

01.10.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yuventus" yeni forvard axtarışına çıxıb.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi “Flamenqo”nun və Braziliya millisinin hücumçusu Pedro üçün hərəkətə keçib.

"Trabzonspor” və “Ayaks”ın da heyətinə qatmaq istədiyi Pedronun hansı qərarı verəcəyi hələ ki bəlli deyil. “Fluminense”nin yetirməsi və sabiq futbolçusu vaxtı ilə İtaliyada legioner həyatı yaşayıb.

O, “Fiorentina”da oynayıb. Pedronun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью