Yuventus braziliyalı ulduzunu transferə çıxardı

28.12.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

İtaliyanın “Yuventus” klubu təcrübəli müdafiəçisi Danilonu transferə çıxarıb.

Fanat.Az xəbər verir ki, məlumatı Turin klubunun mətbuat xidməti açıqlayıb.

"Qoca sinyora" 33 yaşlı braziliyalı futbolçusu ilə bağlı təkliflər gözləyir. Hələlik yalnız “Napoli”nin futbolçuya maraq göstərdiyi bildirilir. 

5 ildir “Yuventus”da çıxış edən Danilo Turin klubunda 200-dən çox oyun keçirib. O, karyerası ərzində "Real Madrid", "Mançester Siti" kimi digər Avropa nəhənglərinin də şərəfini qoruyub.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью