“Yuventus” Brunu Fernandeşin transferində ciddi maneə ilə üzləşib

03.10.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yuventus” futbol klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeşi heyətinə qatmaqda maraqlıdır.

İdman.Biz “TuttoJuve”yə istinadən xəbər verir ki, İngiltərə klubu kapitanının transferi üçün 50-60 milyon avro (100-120 milyon manat) tələb edir. Bu məbləğ Turin təmsilçisi üçün ciddi maneəyə çevrilə bilər.

Bununla yanaşı, “CaughtOffside” 32 yaşlı portuqaliyalıya “Milan”, “Atletiko” və “Qalatasaray”ın da maraq göstərdiyini yazıb.

Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Sazişdə onun daha bir mövsüm müddətinə uzadılması ilə bağlı bənd də yer alır.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью