“Yuventus” bu vəziyyəti mütləq dəyərləndirməlidir”

29.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

İtaliyalı keçmiş futbolçu Antonio Kabrini açıqlama verib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan sabiq oyunçu “İnter”də çıxış edən Hakan Çalhanoğlunu “Yuventus”a məsləhət görüb:

“Orta xətti gücləndirmək üçün Hakana ehtiyac var. O, “İnter”lə müqaviləsini uzatmazsa, “Yuventus” bu vəziyyəti mütləq dəyərləndirməlidir. Hakan komandanın yarımmüdafiəsini dəyişdirə biləcək oyunçudur”.

Çalhanoğlu bu mövsüm 9 oyunda 3 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью