Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio sosial şəbəkələrdə bildirib.
Buna səbəb Turin klubunun bir qrup azarkeşinin davranışı olub. Onlar "İnter"də çıxış etmiş İtaliya futbolunun əfsanəsi Sandro Matsolanın xatirəsinə həsr olunmuş birdəqiqəlik sükuta riayət etməyiblər.
Qeyd olunur ki, "Yuventus" klubu baş verənləri dərhal və açıq şəkildə pislədiyi, stadiondakı digər azarkeşlər isə qayda pozanların hərəkətlərinə qatılmadıqları üçün cəza yüngülləşdirilib.