“Yuventus” ciddi itki ilə üzləşdi Bremer əməliyyat olunacaq

13.10.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

İtaliyanın “Yuventus” klubunun heyətində ciddi itki baş verib.

QOL.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Qleyson Bremer zədələnib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, futbolçu dizindən əməliyyat olunacaq.

Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm “Yuventus”un heyətində 5 rəsmi matçda iştirak edib və 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью