525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Yuventus”un futbolçusu Fransişku Konseysau zədələnib.
525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayəb.
Tibbi müayinənin nəticələrinə əsasən, oyunçu təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Portuqaliyalı futbolçunun A Seriyasının “Latsio” ilə matçında sol çiyin oynağı çıxıb. Həkimlər oyundan sonra çıxığı yerinə salsalar da, oktyabrın 19-da klubun aparılan müayinə zədənin nəticələrini təsdiqləyib.
Konseysau əməliyyat olunmayacaq. Klub onun konservativ üsulla müalicəsinə qərar verib. Futbolçu artıq reabilitasiyaya başlayıb.
Konseysaunun noyabrda keçiriləcək milli komandaların oyunları ilə bağlı fasilədən sonra meydana qayıtması gözlənilir. Onun dəqiq bərpa müddəti reabilitasiyanın gedişindən asılı olacaq.