Yuventus da Kenan Yıldız şoku

24.08.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Kenan Yıldız sıradan çıxıb. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Türkiyəli vinger A Seriyasında yeni mövsümün ilk turunun "Frozinone" ilə matçında (1:0) sol ayağından zədə alıb. 21 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. 21 yaşlı 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью