“Yuventus” da Osimhen üçün mübarizəyə qoşulur

05.04.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Yuventus” yayda “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin forvardı Viktor Osimheni transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun nümayəndələri 26 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayacaq. “Mançester Yunayted” də forvard uğrunda mübarizə aparır.

Nigeriyalı 2024-cü ilin yayında icarə əsasında “Qalatasaray”a keçib. Osimhen Türkiyə klubunda keçirdiyi 32 matçda 28 qol vurub və 5 məhsuldar ötürmə verib.

Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью