Yuventus da yeni yarımmüdafiəçi

02.02.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yuventus"da yeni yarımmüdafiəçi

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Turin təmsilçisi "Nitsa"nın yarımmüdafiəçisi Jeremi Boqanı icarəyə götürüb. 29 yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Boqa 2023-cü ilin yayından bəri "Nitsa"da oynayır. O, cari mövsüm bütün yarışlarda 20 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun "Nitsa" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью