“Yuventus” daha bir türk futbolçu TRANSFER EDİR

21.02.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yuventus" türkiyəli futbolçu Zeki Çeliklə razılığa gəlib.
Bizim.Media xəbər verir ki, 29 yaşlı sağ cinah müdafiəçisinin "Roma" ilə sözləşməsi cari mövsümün sonunda başa çatır.
O, azad agent kimi "qoca sinyora"ya qoşulacaq.
Bu barədə "La Stampa" portalı məlumat yayıb.
Z. Çelik 2022-ci ilin yayından etibarən "Roma"da çıxış edir.
O, Türkiyə yığmasının da əsas üzvlərindən biri sayılır.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью