Yuventus dan 33 milyonluq transfer Çelsi ni qabaqladı

30.07.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın "Yuventus" klubu Almaniyanın "Bayer Leverkuzen" komandasında çıxış edən Kerim Alaybeqoviçi transfer etməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, Turin təmsilçisi Leverkuzen klubu ilə bosniyalı oyunçusunun keçidi üçün 33 milyon avro və bonuslar qarşılığında razılığa gəlib. 

18 yaşlı Alaybeqoviçlə İngiltərənin "Çelsi" klubu da ciddi maraqlanırdı. Lakin futbolçunun İtaliya klubuna keçməyə üstünlük verdiyi bildirilir.

Qeyd edək ki, Kerim Alaybeqoviç ötən mövsüm icarə əsasında Avstriyanın "Zaltsburq" klubunda çıxış edib, daha sonra "Bayer" onu geri qaytarıb.

KL: "Neftçi" tur axtarışında - YENİLƏNİR AL: "Beşiktaş" "Midtyulland"la üz-üzə - YENİLƏNİR İnfantinodan tənqidlərə cavab: “Bu, öhdəlik deyil, imkandır” AL: “Qarabağ” Bolqarıstan səfərində – YENİLƏNİR “Fənər” III təsnifatda bu komanda ilə qarşılaşacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью