Yuventus dan argentinalı futbolçuya 4 illik müqavilə təklifi mövsümə 3 milyon avro

27.01.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Yuventus" “Bornmut”un müdafiəçisi Markos Senesiyə təklif edib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubu argentinalı futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir. “Yuventus” 28 yaşlı müdafiəçiyə mövsümə 3 milyon avro maaşla 4 illik müqavilə təklif edib.

Senesi “Barselona” və “Atletiko”nun da maraq dairəsindədir, buna görə də turinlilər Markosla mümkün qədər tez razılığa gəlməyə çalışırlar.

Bundan əlavə, “Yuventus” “Komo”nun yarımmüdafiəçisi Maksimo Perroneyə də diqqət yetirir. Futbolçu ilə “Napoli” də maraqlanır.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью