Yuventus dan ayrılan futbolçu bu klubla anlaşdı

04.08.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Yuventus"dan ayrılan Filip Kostiçin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını Niderlandda davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kostiç PSV ilə anlaşıb. 33 yaşlı futbolçu Eyndhoven təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Filip Kostiç 2025/26 mövsümündə "Yuventus"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью