Yuventus dan Martines üçün yeni təklif

16.08.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya nəhəngi "Yuventus" "Aston Villa"nın dünya çempionu olan qapıçısı Emiliano Martinesin transferində mühüm irəliləyiş əldə edib.

Fanat.Az insayder David Ornsteynə istinadən xəbər verir ki, "Qoca Sinyora" argentinalı qolkiper üçün 7 milyon avro + 3 milyon avro bonuslar şəklində yeni rəsmi təklif göndərib.

"Aston Villa" zəmanətli 10 milyon avro tələb etsə də, tərəflərin razılığa gəlməyə çox yaxın olduğu bildirilir.

Futbolçu ilə şəxsi şərtlərdə heç bir problem yoxdur.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью