Yuventus darmadağın oldu, Real böyük hesabla qazandı

27.06.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-də keçirilən klublararası dünya çempionatı (KDÇ) davam edir.

Milli.Az  xəbər verir ki, G qrupunda "Mançester Siti" və "Yuventus" komandaları üz-üzə gəliblər.

Qarşılaşma italyan klubu üçün "kabus" olub. "Şəhərlilər" 5:2 hesablı qələbəsi ilə qalib gəliblər.

Qrupun digər matçında isə xalsız komandalar "Vidad Kasablanka" (Mərakeş) ilə "Əl-Əyn" (BƏƏ) qarşılaşıb. Matç BƏƏ komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Salzburg" "Real Madrid" oyunu isə çətin hava şəraitində baş tutub.

Güclü yağış altında oynanan matçda 40-cı dəqiqədə hesab açılıb. Vinisius Junior ilk qolu vurub. Daha sonra Federiko Valverde və Qonsalo Qarsiya növbəti qolların müəllifləri olublar.

Hüseyn
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью