Yuventus doğma meydanda Napoli yə şans vermədi

02.11.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasının 2026/2027 mövsümünün 10-cu turunda "Yuventus" doğma meydanda "Napoli"ni 2:0 hesabı ilə məğlub edib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Turindəki "Alyans" stadionunda keçirilən görüşün baş hakimi Simone Sozza olub.

Matçın 70-ci dəqiqəsində Kərim-Sem Alaybegoviç hesabı açaraq Turin təmsilçisini önə keçirib. 75-ci dəqiqədə "Napoli"nin futbolçusu Luka Marianuççi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə Jeremi Boqa "Yuventus"un ikinci qolunu vurub.

Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran "Yuventus" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. 14 xalı olan "Napoli" isə səkkizinci yerdədir.

Növbəti turda Turin klubu noyabrın 8-də səfərdə "Fiorentina" ilə qarşılaşacaq. Həmin gün "Napoli" isə "Latsio"nu qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью