sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Yuventus" mərkəz yarımmüdafiəçisi Duqlas Luisin agentləri ilə müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Braziliyalı futbolçunun Turin klubu ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" oyunçunu 29 milyon avro dəyərində qiymətləndirir.
Duqlas "Qoca Sinyora"ya 2024-cü ilin yayında 51,5 milyon avro qarşılığında "Aston Villa"dan keçib. Karyerası ərzində o, həmçinin icarə əsasında "Nottingem Forest" və "Aston Villa"da çıxış edib.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə 6 oyunda meydana çıxıb.