Yuventus Fransa millisinin hücumçusunu transfer edib AZƏRTAC

23.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 yanvar, AZƏRTAC

İtaliyanın "Yuventus" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi Fransa millisinin hücumçusu Randal Kolo Muanini transfer edib. 27 yaşlı forvard PSJ-dən bu mövsümün sonunadək icarəyə götürülüb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin "Nant" və Almaniyanın "Ayntraxt" klublarında da çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью