Yuventus fransalı futbolçu ilə razılığa gəlib AZƏRTAC

11.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 yanvar, AZƏRTAC

Fransanın PSJ komandasının futbolçusu Randal Kolo Muani karyerasını İtaliyada davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira məlumat yayıb. Mənbənin məlumatına görə, "Yuventus" 26 yaşlı hücumçu ilə şifahi razılığa gəlib.

Qeyd edək ki, Kolo Muani bu mövsüm PSJ-nin heyətində 14 oyunda 2 qolla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью