Yuventus futbolçusuna yeni müqavilə təklif edib

10.02.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın "Yuventus" klubu futbolçusu Ueston Makkeniyə yeni müqavilə təklif edib.

"Report" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, ABŞ-dən olan yarımmüdafiəçi daha üç il Turin təmsilçisində çıxış edə bilər.

27 yaşlı oyunçunun maaşının 4 milyon avroya çatacağı gözlənilir.

Qeyd edək ki, Ueston Makkeni cari mövsümdə 33 oyuna 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la hazırkı sözləşməsi yayda bitir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью