Yuventus gənc ulduzla 5 illik müqavilə bağladı

02.08.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın "Yuventus" klubu Kerim Alaybeqoviçin transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, Turin təmsilçisi 18 yaşlı bosniyalı cinah oyunçusu ilə 5 illik müqavilə imzalayıb.

"Yuventus" daha əvvəl Almaniyanın "Bayer" (Leverkuzen) klubu ilə futbolçunun transferi barədə razılıq əldə etmişdi. Məlumata görə, keçid üçün 33 milyon avro əsas məbləğ, 2 milyon avro bonus ödəniləcək.

Qeyd edək ki, Kerim Alaybeqoviç ötən mövsümü icarə əsasında Avstriyanın "Zaltsburq" klubunda keçirib. O, bütün turnirlərdə 39 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə verib və Bosniya və Herseqovina millisinin əsas üzvüdür. 

Portuqaliya Superkubokunun qalibi müəyyənləşib - 25-ci dəfə “Dinamo” – “Qarabağ” oyunlarının hakimləri bəlli oldu Portuqaliya millisinin üzvü “Bornmut”da - RƏSMİ 35 yaşlı hücumçu rəsmən “Çelsi”də UEFA-dan İnfantinoya ultimatum
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью