“Yuventus” heyətini Ukrayna millisinin üzvü ilə gücləndirəcək

24.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Ukrayna millisinin və "Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, Turinin “Yuventus” klubu ukraynalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.

"Qoca sinyora" futbolçunun transferi üçün kluba rəsmi təklif göndərib. Hazırda "Şaxtyor"la danışıqlar davam edir.

22 yaşlı futbolçunun transfer dəyəri 32 milyon avro olaraq qiymətləndirilir. Sudakovla "Şaxtyor"un hazırkı müqaviləsi 2028-ci ilin sonunda başa çatacaq.

Ukrayna çempionatının cari mövsümündə yarımmüdafiəçi 24 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bundesliqanı Premyer Liqaya dəyişə bilər İtaliya millisinin üzvü “Flamenqo”da çıxış edə bilər Premyer Liqadan Super Liqaya “Beşiktaş” Almaniya millisinin forvardını istəyir “Latsio”nun futbolçusu “Milan”a keçə bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью