Yuventus icarəyə götürdüyü müdafiəçiyə görə 5 milyon ödəyəcək

23.01.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Yuventus" "Çelsi"nin cinah müdafiəçisi Renato Veyqini mövsümün sonunadək icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.

İtaliya klubu portuqaliyalı futbolçuya görə, London təmsilçisinə 5 milyon avro ödəyib.

Qeyd edək ki, 21 yaşlı futbolçu 2024-cü ildən "Çelsi"nin formasını geyinir. O, "zadəganlar"ın heyətində ümumilikdə 18 oyun keçirib və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью