Yuventus İngiltərə klubunun futbolçusu ilə maraqlanır

01.12.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın "Yuventus" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisi İngiltərənin "İpsviç" komandasında çıxış edən Liam Delapla maraqlanır.

İyirmi bir yaşlı forvard "Çelsi" və "Mançester Yunayted"in də diqqət mərkəzindədir.

Qeyd edək ki, ingiltərəli oyunçu cari mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb, altı qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью