Yuventus İngiltərə klubunun futbolçusu ilə maraqlanır FOTO

01.12.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın "Yuventus" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Manset.az "Mirror"a istinadən xəbər verir ki, Turin təmsilçisi İngiltərənin "İpsviç" komandasında çıxış edən Liam Delapla maraqlanır.

21 yaşlı forvard "Çelsi" və "Mançester Yunayted"in də diqqət mərkəzindədir.

Qeyd edək ki, ingiltərəli oyunçu cari mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью