Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. İtaliyanın "Yuventus" klubu İngiltərə təmsilçisi "Nyukasl"dan Lloyd Kellini icarə
"Report" xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə icarə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
"Yuventus" futbolçunu məcburi satınalma şərti ilə icarəyə götürüb.
"Transfermarkt"in məlumatına görə, icarə haqqı 3,8 milyon avro təşkil edib. Satınalma qiyməti isə 17,2 milyon avro olacaq.
Qeyd edək ki, L.Kelli "Nyukasl"ın heyətində cari mövsüm meydana çıxdığı 14 oyunda bir məhsuldar ötürmə müəllifi olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.