Yuventus İtaliya millisində çıxış edən futbolçusunu satacaq

21.11.2024

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Faqioli qış "transfer pəncərəsi"ndə “Yuventus”u tərk edə bilər.

Apasport.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, rəhbərlik Faqiolinin satışından əldə edəcəyi pulla yeni futbolçular almağı planlaşdırır.

“Yuventus” artıq Faqiolini başqa klublara təklif etməyə başlayıb. Bu baxımdan İngiltərə Premyer Liqası klubları üstünlük təşkil edir.

23 yaşlı yarımmüdafiəçi cari mövsümdə A Seriyasında 9 matçda iştirak edib.

“Lion”un futbolçusu “Liverpul” yolunda "Real" futbolçularının şkaflarını hərraca çıxarıb - FOTO La Liqada ən yaxşı adına namizədlər bəlli olub "Real"dan Dias qərarı "Roma" Türkiyə millisinin üzvünü istəyir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью