Yuventus İtaliya millisinin 19 yaşlı hücumçusunu heyətinə qatdı

02.07.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yuventus" İtaliya və "Genoa"nın hücumçusu Ceff Ekator ilə müqavilə imzaladığını açıqlayıb.

Lent.az-ın məluamtına görə, 19 yaşlı futbolçunun Turin klubu ilə müqaviləsi 2031-ci ilə qədərdir. Transfer haqqı 16 milyon avro və bonus olaraq 2 milyon avro təşkil edib.

Ekator ötən mövsüm "Genoa"da 32 oyun keçirib və dörd qol vurub.

İyunun 7-də o, İtaliya millisində debüt edib və Yunanıstana qarşı 1:0 hesabı ilə başa çatan yoldaşlıq oyununda məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью