Yuventus italyalı mütəxəssislə razılaşmağa yaxındır

18.03.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

İtalyan baş məşqçi Luçano Spalletti ilə "Yuventus" arasında sözləşmənin yenilənməsi yaxın günlərdə reallaşa bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb
Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis ilə yeni sözləşmənin 2027-ci ilə qədər, əlavə olaraq isə 2028-ci il üçün seçim hüququ ilə imzalanması gözlənilir.
Qeyd edək ki, "Yuventus" Spalletinin rəhbərliyi altında bu mövsüm A seriyada 11 oyun keçirib. Komanda 7 qələbə, 3 bərabərə və 1 məğlubiyyətlə 35 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью