“Yuventus” Kenan Yıldız üçün qərarını verdi

06.12.2024

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya A Seriyası təmsilçilərindən “Yuventus”da türkiyəli gənc ulduz Kenan Yıldızın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, klub astronomik təklif gəlməyəcəyi təqdirdə oyunçunu satmağı planlaşdırmır.

“Mançester Yunayted”, “Arsenal”, “Liverpul”, PSJ kimi komandaların izlədiyi futbolçunun “qoca sinyora” ilə hazırki müqaviləsi 2029-cu ilə qədərdir.

Qeyd edək ki, 19 yaşlı forvard bu mövsüm “Yuventus”un heyətində çıxdığı 19 rəsmi matçda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bonifeysdən “Bayer” qərarı Klublararası dünya çempionatında qruplar bəlli oldu - YENİLƏNİB Osimhen PSJ-nin hədəfində Poqbanın durumuna aydınlıq gəlib Türkiyəli futbolçu “İnter”də ayın oyunçusu seçilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью