Yuventus Kolo Muanini saxlamaq istəyir

29.05.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yuventus" hücumçu Randal Kolo Muanini klublararası dünya çempionatında saxlamaq niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu futbolçunun sahibi olduğu PSJ ilə icarəni ən azı turnirin sonuna qədər uzatmaq üçün danışıqlar aparır.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.

Fransız forvardın gələcəyi ilə bağlı danışıqların iyunun sonu iyulun əvvəli arasında aparılması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью