“Yuventus” Konte ilə danışıq aparır

27.05.2025

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Napoli”nin baş məşqçisi Antonio Konte “Yuventus”a qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssislə danışıqlara start verib. “Qoca sinyora” 55 yaşlı məşqçiyə illik 8 milyon avro maaş və bonuslarla 3 illik müqavilə təklif edib.

Xatırladaq ki, Konte cari mövsüm “Napoli”ni çempion edib. O, 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb və klubla üç liqa çempionu, iki İtaliya Superkubokunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью