“Yuventus” Madrid klubunun müdafiəçisinə “elçi” düşüb | Icma.az
sport24.az saytına istinadən Icma.az xəbər verir. "Yuventus" "Atletiko"nun müdafiəçisi Nauel Molinanı transfer etmək niyyətindədir.
Sport24.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubu 27 yaşlı argentinalının transferi ilə bağlı artıq Madrid klubu ilə danışıqlar aparır.
"Atletiko" futbolçu üçün 30 milyon avro istəyir. "Yuventus" isə futbolçularını əks istiqamətdə icarəyə verməklə bu məbləği azaltmaq niyyətin
Bundan əlavə, "Vilyarreal" Molinanı icarəyə götürmək istəyir.
Qeyd edək ki, müdafiəçi 2024/25 mövsümündə "Atletiko"nun heyətində bütün turnirlərdə 44 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu