Yuventus Mançester Yunayted in hücumçusunu transfer etmək istəyir | Icma.az
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Yunayted"in hücumçusu Rasmus Hyöylunn İtaliya A Seriyasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Mançester Yunayted" Hyöylunnu satmağın əleyhinə deyil. Premyer Liqa nəhəngi 22 yaşlı forvard üçün 40 milyon funt-sterlinq tələb edir.
Qeyed edək ki, "Mançester Yunayted" Rasmus Hyöylunnu 2023-cü ilin yayında "Atalanta"dan transfer edib.
Danimarka millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu